Xəzər Xəbər

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın mövqeyi dəyişməyib

Dünya | 15:46 • 7 Mart 2019
Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın mövqeyi dəyişməyib

"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Rusiyanın mövqeyi dəyişməz olaraq qalır və hər kəsə məlumdur”. 

Xezerxeber.az xəbər verir ki, bu fikri Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ifadə edib.

Rusiya XİN rəsmisi əlavə edib ki, martın 12-13-də Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində iki ölkənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu və Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti