Xəzər Xəbər

Əfqanıstanda dini mərasim zamanı terror aktı törədilib

Dünya | 14:52 • 7 Mart 2019
Əfqanıstanda dini mərasim zamanı terror aktı törədilib

Əfqanıstanın paytaxtı Kabildə ölkənin şiə təriqətinin lideri olmuş Əbdül Əli Məzarinin vəfatının 24-illiyi münasibətilə keçirilən mərasim zamanı iki partlayış baş verib. İlkin məlumatlara görə, insident nəticəsində 7 nəfər həlak olub, 10 adam yaralanıb.


Xezerxeber.az xəbər verir ki, mərasimdə iştirak edən hökumət üzvləri, o cümlədən keçmiş Prezident Həmid Kərzayi hadisə yerindən uzaqlaşdırılıb. İlk partlayış anında səhnədə çıxış edən xarici işlər naziri Səlahuddin Rəbbani bildirib ki, terrorçular xatirə mərasiminə raketlərlə hücum ediblər.


Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.


Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd Faysal bildirib ki, İslamabad qonşu ölkədə törədilmiş terror aktını lənətləyir.

Xəbər lenti