Xəzər Xəbər

Hindistan ordusu Pakistana xəbərdarlıq etdi

Dünya | 12:57 • 7 Mart 2019
Hindistan ordusu Pakistana xəbərdarlıq etdi
Hindistan ordusu Pakistana xəbərdarlıq edərək bildirib ki, növbəti təxribatlar və Hindistanın Cammu və Kəşmir ştatındakı təmas xəttində yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ciddi nəticələrə gətirib çıxara bilər.


Bu barədə "NDTV” telekanalı Hindistan ordusunun bəyanatına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, Hindistan ordusu "Pakistan tərəfinin təxribatlarına və bədbəxt hadisələrə müvafiq şəkildə ciddi nəticələr doğuran reaksiya verəcək”. Həmçinin vurğulanır ki, mülki əhalinin yaşadığı rayonları hədəfə almaması barədə Pakistan ordusuna xəbərdarlıq edilib, bütövlükdə isə Kəşmir bölgəsindəki nəzarət xəttində vəziyyət nisbi sakitdir./azvision.az

Xəbər lenti