Xəzər Xəbər

Ərdoğan Rusiyanın `S-500`nə `elçi düşüb`

Dünya | 12:15 • 7 Mart 2019
Ərdoğan Rusiyanın `S-500`nə `elçi düşüb`
Rusiya və Türkiyə arasında "S-400" zenit raket kompleksinin alınması ilə bağlı sövdələşmənin işini bitmiş saymaq olar. 


"Reuters" bildirir ki, bu açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Onun sözlərinə görə, geriyə addım atıla bilməz və Ankara "S-500" RƏM sisteminin alınmasına dair Moskva ilə danışıqlara başlaya bilər: "Sazişdən ("S-400" üzrə) imtina etmək düzgün olmazdı, çünki kreditdən tutmuş istehsala qədər hər şey razılaşdırılıb və imzalanlıb. Mövzu başa çatıb və biz öz planlarımızdan imtina etməyəcəyik. Bəlkə "S-400"dən sonra, "S-500" variantını nəzərdən keçirəcəyik"./FaktXəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti