Xəzər Xəbər

Hillari Klintondan son qərar: gələn il prezident seçkilərində...

Dünya | 11:43 • 7 Mart 2019
Hillari Klintondan son qərar:

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

Klinton bunu ABŞ-da fəaliyyət göstərən CNN şirkətinin nəzdindəki "News 12" telekanalına müsahibəsində deyib.

"Elections Central" portalı isə bildirir ki, sabiq dövlət katibi əslində ABŞ-dakı son prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxiləsinin araşdırılması ilə məşğul olan xüsusi prokuror Robert Müllerin hesabatının dərc olunmasını gözləyir. Məhz bu hesabatın nəticəsinə uyğun Klinton namizədliyini irəli sürə bilər.

Qeyd edək ki, Hillari Klinton 2016-cı il seçkilərində Donald Trampın ən real rəqibi idi./publika.az

Xəbər lenti