Xəzər Xəbər

Məktəbli avtobusu zibil maşını ilə toqquşdu: 20 nəfər...

Dünya | 10:21 • 7 Mart 2019
Məktəbli avtobusu zibil maşını ilə toqquşdu:

Çərşənbə günü ABŞ-ın İndiana ştatındaməktəb avtobusu zibil maşını ilə toqquşub.

Nəticədə avtobusun sürücüsü və bir təlbə ciddi yaralanıb, həmçinin 20 nəfər xəsarət alıb.

Qəza səhər saat 8 radələrində Sintsinnatidən 30 mil qərbdə yerləşən (48 km) Avrora şəhəri yaxınlığında qeydə alınıb. Ştatın polis serjantı Stiven Uils bildirib ki, qəza nəticəsində 19 tələbə və iki sürücü zərər çəkib.

Hadisə baş verən zaman zibil maşının sürücüsü kabinədə olmayıb. Lakin avtomobil qırıntılarının kənara sıçraması nəticəsində, o da xəsarət alıb. Avtobusun sürücüsü isə ağır vəziyyətdədir./publika.az

Xəbər lenti