Xəzər Xəbər

Gürcüstan Prezidenti ölkədə ikili vətəndaşlığın verilməsi prosedurlarının sadələşdirilməsini təklif edib

Dünya | 19:17 • 6 Mart 2019
Gürcüstan Prezidenti ölkədə ikili vətəndaşlığın verilməsi prosedurlarının sadələşdirilməsini təklif edib

Gürcüstandan olan mühacirlərin öz ölkələri ilə əlaqə saxlamaları üçün ikili vətəndaşlığın verilməsi proseduru sadələşdirilməlidir. Bu, çox vacib məsələdir.


AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili martın 6-da parlamentdəki çıxışında deyib. Xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə gürcü tələbələr və emiqrantlarla görüşündə bu məsələnin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayan Prezident deyib: "Emiqrantlar, xüsusilə də xaricdə anadan olanlar üçün Gürcüstan vətəndaşı statusu çox əhəmiyyətlidir. Bu, onlara vətənləri ilə əlaqələrini qoruyub saxlamağa kömək edə bilər. Ona görə də ikili vətəndaşlıq prosedurları sadələşdirilməlidir”.


S.Zurabişvili ikili vətəndaşlığın verilməsi və saxlanılması qaydalarının sadələşdirilməsi istiqamətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcəklərini bildirib.

Xəbər lenti