Xəzər Xəbər

Türkiyə 8 Mart ərəfəsində 35 milyon buket ixrac edib

Dünya | 18:46 • 6 Mart 2019
Türkiyə 8 Mart ərəfəsində 35 milyon buket ixrac edib

Türkiyə Gül Plantasiyaları və Gül Məhsulları İxracatçıları Assosiasiyasının məlumatına görə, 8 Mart ərəfəsində bu ölkədən 35 milyon buket ixrac edilib.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Qadınlar günü ərəfəsində dünyanın 20 ölkəsinə 5 milyon dollar dəyərində gül göndərilib. Assosiasiyanın rəhbəri İsmayıl Yılmazın sözlərinə görə, Sevgililər günündən sonra Şərqi Avropa ölkələrindən daxil olan sifarişlərin sayı daha da artıb. O əlavə edib: "Biz 20 ölkəyə 35 milyon buket göndərmişik. Gəlirimiz isə 5 milyon dollara yaxındır. Ən çox gül sifariş edən ölkələr Ukrayna, Rumıniya və Bolqarıstandır”.

İ.Yılmaz onu da əlavə edib ki, Beynəlxalq Qadınlar günü Şərqi Avropada və keçmiş sovet respublikalarında Qərbi Avropaya nisbətən daha geniş qeyd edilir.

Xəbər lenti