Xəzər Xəbər

BMT “sarı jiletlər”ə qarşı həddən artıq sərt tədbirlərin araşdırılmasını Fransadan tələb edir

Dünya | 17:29 • 6 Mart 2019
BMT “sarı jiletlər”ə qarşı həddən artıq sərt tədbirlərin araşdırılmasını Fransadan tələb edir

BMT Fransa təhlükəsizlik qüvvələrinin "sarı jiletlər” etiraz aksiyasının iştirakçılarına qarşı son dərəcə sərt tədbirlərdən istifadə etməsi ilə bağlı narahatlığını bildirib.


BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Başele Cenevrədə İnsan Hüquqları Şurasındakı çıxışında polisin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq hallarının ətraflı araşdırılmasını tələb edib. "Fransa hökumətini dialoqu davam etdirməyə çağırır və həddən artıq sərt tədbirlərdən istifadə halları ilə bağlı dərin təhqiqatların aparılmasını tələb edirik”, - deyə komissar vurğulayıb.


Qeyd edək ki, bir neçə həftə əvvəl "sarı jiletli”lərin bir qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarılığında qəbul edilib və dinlənilib. (AZƏRTAC)

Xəbər lenti