Xəzər Xəbər

İndoneziyada qızıl mədənində həlak olanların sayı 27-yə çatıb

Dünya | 17:21 • 6 Mart 2019
İndoneziyada qızıl mədənində həlak olanların sayı 27-yə çatıb

İndoneziyanın mərkəzi hissəsində qızıl mədəninin çökməsi nəticəsində həlak olanların sayı 27-yə çatıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Antara agentliyi məlumat yayıb.


"Biz ağır texnikadan istifadə edərək sağ qalanların təxliyəsini davam etdiririk”, - deyə İndoneziya Xilasetmə Xidmətinin nümayəndəsi bildirib.


Ötən gün 13 nəfərin həlak olduğu barədə məlumat verilmişdi. Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, mədəndə hələ də 100-ə yaxın şaxtaçı qalıb.


Şimali Sulavesi əyalətindəki mədən fevralın 26-da çöküb. İndiyədək xilas edilən 19 şaxtaçı xəstəxanaya yerləşdirilib.

Xəbər lenti