Xəzər Xəbər

Cəlalabadda şirkət binasına hücum: 17 ölü, 9 yaralı

Dünya | 15:38 • 6 Mart 2019
Cəlalabadda şirkət binasına hücum:

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Cəlalabad şəhərində özəl bir şirkət binasına hücum olub.

Qətərin "Əl-Cəzirə” telekanalının məlumatına görə, hücum nəticəsində 17 mülki vətəndaş həlak olub, 9-u yaralanıb.

Binanın ABŞ ordusu üçün xüsusi layihələr hazırlayan və bu layihələr üzərində işləyən MQ şirkətinə məxsus olduğu bildirilir.

Heç bir təşkilat hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib./publika.az

Xəbər lenti