Xəzər Xəbər

Suriyada daha bir kütləvi məzarlıq aşkar edildi FOTO

Dünya | 15:16 • 6 Mart 2019
Suriyada daha bir kütləvi məzarlıq aşkar edildi

Suriyanın cənubunda yerləşən "Rukban" qaçqın düşərgəsində kütləvi məzarlıq müəyyən olunub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik ABŞ-ın dəstəklədiyi silhalı qruplaşmanın giriş-çıxışını qapalı saxladığı şəhərciyin peykdən görüntülərini ictimaiyyətlə paylaşıb. Görüntülərdə 300 yeni qəbirin olması öz əksini tapıb.

"Düşərgədə qeyri-insani şərtlər hökm sürür. Zibilliklər yaşayış binalarının yaxınlığında yerləşir. Ərzaq anbarları və yeməkxanalar yoxdur. Əl-Rukban düşərgəsində ABŞ-ın dəstəklədiyi yerli silahlı dəstəl üzvləri heç bir qaçqını sərbəst buraxmır. Əslində düşərgə çoxdandır öz statusunu itirib. Düşərgə əsirlərin zorla saxlanıldığı bir məkana çevrilib",-deyə nazirliyin məlumatında qeyd olunur.

FaktXəbər

Xəbər lenti