Xəzər Xəbər

Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB

Dünya | 15:42 • 23 Fevral 2019
Türkiyə Dardanel boğazını yenə bağladı,

Türkiyə həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazını beynəlxalq gəmilər üçün bağlayıb.

XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, boğazda gəmilərin hərəkəti səhər saat 09:15-dən dayandırılıb. Gəmilərin hərəkətinin dayandırılmasına isə hazırda müşahidə olunan güclü külək və yağış səbəb olaraq göstərilir.

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmilər üçün fevralın 21-də bağlanmışdı. Həmin gün isə boğazda hərəkət qatı duman səbəbindən dayandırılmışdı.

Xəbər lenti