Xəzər Xəbər

ABŞ daha iki ölkədə çevriliş hazırlayır Pompeodan ETİRAF

Dünya | 12:05 • 23 Fevral 2019
ABŞ daha iki ölkədə çevriliş hazırlayır

ABŞ yalnız Venesuelada deyil, həm də Nikaraqua və Kubada hakimiyyəti əvəz etmək istəyərdi.

Bu haqda ölkənin dövlət katibi Mayk Pompeo "Telemundo” telekanalına müsahibəsində bildirib.

"Biz etiraf edək ki, bu ölkələrin hökumətləri öz xalqi ilə amansızcasına hərəkət edir, real təhlükə yaradırlar”, - ABŞ-ın xarici siyasət idarəsinin başçısı deyib.

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir./publika.az

Xəbər lenti