Xəzər Xəbər

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

Dünya | 17:49 • 22 Fevral 2019
BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

BMT Misiri ölkədəki bütün edam cəzalarını dayandırmağa çağırıb.


Xezerxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Rupert Kolvil təşkilatın Cenevrə ofisində keçirdiyi mətbuat toplantısında Misirdəki edamlardan narahatlıqlarını ifadə edib. O, baş prokuror Hişam Berekata qarşı sui-qəsddə ittiham olunaraq edam edilən 9 nəfərin istintaq zamanı təzyiqlərə məruz qaldıqlarını vurğulayıb.

Xəbər lenti