Xəzər Xəbər

Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib

Dünya | 17:26 • 22 Fevral 2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib

Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib.


Bu barədə mətbuata Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov məlumat verib.


Onun sözlərinə görə, C-125, "Kub”, "Rokaç” və "Top” zenit-raket sistemləri "Yaroplik” poliqonunda sınaqdan keçirilib. Sınaq zamanı hava, yerüstü və torpaq hədəflərini məhv etmək vəzifələri uğurla başa çatdırılıb.


A.Turçinov bildirib ki, Ukraynada mövcud zenit-raket sistemlərinin müasir standartlara cavab verən vəziyyətə gətirilməsi prioritet fəaliyyətlərdən biridir. (AZƏRTAC)

Xəbər lenti