Xəzər Xəbər

Macarıstan əcnəbi işçilər üçün limit müəyyən edib

Dünya | 16:52 • 22 Fevral 2019
Macarıstan əcnəbi işçilər üçün limit müəyyən edib

Macarıstan Maliyyə Nazirliyi Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin vətəndaşlarının bu ölkədə işləməsi üçün icazələrin rəsmiləşdirilməsi barədə ildə 57 min nəfərlik kvota müəyyən edib.


AZƏRTAC Macarıstan KİV-lərinə istinadla bildirir ki, keçən il Macarıstanın hakimiyyət orqanları Aİ-yə daxil olmayan ölkələrin təqribən 11.000 vətəndaşına burada işləmək üçün icazə veriblər. Milli İşədüzəltmə Bürosu (NFSZ) 2018-ci ilin birinci yarısı üçün müvafiq məlumatları hələ dərc etməyib. NFSZ-nin 2017-ci il üçün olan məlumatına görə, Aİ-yə daxil olmayan ölkələrin 9274 vətəndaşına Macarıstanda işləmək üçün icazə verilib.

Xəbər lenti