Xəzər Xəbər

Ekvadorun şərqində 7,7 bal gücündə zəlzələ olub

Dünya | 16:05 • 22 Fevral 2019
Ekvadorun şərqində 7,7 bal gücündə zəlzələ olub

Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.


Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.


Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.


Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti