Xəzər Xəbər

Ermənistanda intiharların sayının artması cəmiyyətdə təşvişə səbəb olub

Dünya | 15:49 • 22 Fevral 2019
Ermənistanda intiharların sayının artması cəmiyyətdə təşvişə səbəb olub

Ermənistan FHN-in psixoloqu Tiqran Sarkisyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə intiharların sayının artması cəmiyyətdə təşvişə səbəb olub. Onun sözlərinə görə, bu mənfi tendensiya yeni ilin ilk aylarında daha da güclənib. Belə ki, 2019-cu ilin yanvar-fevral aylarında 100 intihar və intihara cəhd qeydə alınıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 hal çoxdur.


Xezerxeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ildə Ermənistanda 496 intihara cəhd və 108 intihar halları qeydə alınıb. Bu göstərici 2017-ci illə müqayisədə 20 faiz çoxdur. Bu dəhşətli statistikada "lider” şəhər Yerevandır, ikinci və üçüncü yerlərdə isə Şirak və Lori vilayətləri gəlirlər. Ermənistan FHN-in təmsilçisi əlavə edib ki, insanları intihara məcbur edən əsas amillər ağır sosial-iqtisadi vəziyyət və şəxsi münaqişələrdir. Onun sözlərinə görə, həyatla vidalaşmağa qərar verənlərin, lakin bəzən bundan vaz kəçənlərin əksəriyyəti 25-40 yaş həddində olanlardır, 40-60 yaş arası erməniləri isə bir çox hallarda fikrindən daşındırmaq olmur. Psixoloq diqqətə çatdırıb ki, özünü asmaq intihar edənlərin üstünlük verdiyi metoddur.

Xəbər lenti