Xəzər Xəbər

Doqquz saatlıq uçuşa dözmədi, təyyarədə öldü

Dünya | 13:56 • 22 Fevral 2019
Doqquz saatlıq uçuşa dözmədi, təyyarədə öldü

ABŞ-a okeanın bu tayından uçmaq sərnişinlər üçün asan deyil. Təxminən 9-11 saatlıq uçuşa dözmək lazımdır.

Almaniyanın Frankfurt-na-Mayn şəhərindən Nyu Yorka yola düşən "United Airlines” təyyarəsində 71 yaşlı qadın vəfat edib. Onun halı xarab olanda sərnişinlər kömək etməyə çalışıb. Qadına ilkin tibbi yardım cəhdi lazımi nəticə verməyib.

Təyyarə İrlandiyanın Şannon hava limanında yerə enib. Amma həkimlər yalnız ölüm faktını qeydə alıb.

"United Airlines” qadının ölümü ilə bağlı onun yaxınlarına təəssüfünü çatdırıb. Qadının ölümünün rəsmi səbəbi kimi ürəktutması qeyd olunub.

Keçən il Nyu Yorka uçan başqa təyyarədə də keçinən olmuşdu. Onda da 9 saatlıq uzun uçuş nəticəsini göstərmişdi. Bir fərq ondadır ki, Honolulad uçan təyyarədə ölən sərnişin yox, stüardessa olmuşdu./Bizimyol.info

Xəbər lenti