Xəzər Xəbər

Donald Tramp və Kim Çen Inın Hanoy görüşünün formatı açıqlanıb

Dünya | 20:58 • 21 Fevral 2019
Donald Tramp və Kim Çen Inın Hanoy görüşünün formatı açıqlanıb

ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inin Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş ABŞ-KXDR sammiti formatında olacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ ev administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində məlumat verib. "Deyə bilərəm ki, bu, formatına görə ötən ilin iyununda Sinqapurda gördüklərimizi xatırladacaq. İki liderin təkbətək görüşmək, birlikdə nahar etmək, nümayəndə heyətlərinin geniş formatda görüşlərində iştirak etmək imkanı olacaq”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Prezident Tramp Şimali Koreyanın nüvəsizləşdirilmə üzrə vədini qəti şəkildə yerinə yetirəcəyi təqdirdə bu ölkəni gözləyən gələcək barədə daha detallı danışmağa çalışacaq.


Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreyanın YTN telekanalı Donald Tramp və Kim Çen In arasında fevralın 27-28-də Hanoyda keçirilməsi nəzərdə tutulan sammitlə bağlı planın dəyişdiyi barədə məlumat yayıb. Güman olunur ki, ki, liderlər yalnız bir günlük görüşlə kifayətlənəcəklər.


Bu versiyanı ABŞ nümayəndə heyətinin Hanoya səfərinin planı da təsdiqləyir. Plana əsasən, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüşəcək, onun Kim Çen Inla danışıqları isə növbəti gün baş tutacaq.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti