Xəzər Xəbər

Dağıstanda “Samur” Milli Parkı yaradılacaq

Dünya | 19:19 • 21 Fevral 2019
Dağıstanda “Samur” Milli Parkı yaradılacaq

Dağıstanda "Samur” Milli Parkı yaradılacaq.


Park Azərbaycanla sərhəddə yerləşən Samur meşəsini də əhatə edəcək.


Dağıstanın təbii sərvətlər və ekologiya naziri Nabiyulla Karaçevin sözlərinə görə, təxminən 56 min hektar sahəni əhatə edəcək park bu ilin sonunadək istifadəyə veriləcək. Nazirin fikrincə, "Samur” Milli Parkı yerli flora və faunanın qorunub saxlanması ilə yanaşı, respublikaya turist axınının artmasına da səbəb olacaq.


Qeyd edək ki, Samur meşəsinin bir hissəsi Xaşmaz rayonunun ərazisində yerləşir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti