Xəzər Xəbər

Sidr içkisi UNESCO siyahısına daxil oluna bilər

Dünya | 18:26 • 21 Fevral 2019
Sidr içkisi UNESCO siyahısına daxil oluna bilər

Asturiya vilayətindəki şəhərlərin 30-a yaxın bələdiyyəsi milli sidr içkisinin (alma şərabı) Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi barədə təşəbbüsü dəstəkləyiblər.


Ötən istirahət günlərində Asturiyanın hər yerində sidr ilə bağlı tədbirlər keçirilib. Məsələn, Kanqas-de-Onis şəhərinin sakinləri sidr çəlləyinin açılmasına həsr edilmiş ənənəvi bayram tədbiri keçiriblər. Bu münasibətlə Bələdiyyə Mədəniyyət Fondunun sifarişi ilə Aurelio Qonsales Ovyes "Oru de Norte” adlı şeir yazıb. Volınka (tuluq zurnası) çalanlar orkestrinin rəhbəri Ovyedo bu şeirə musiqi bəstələyəcək. Ədəbi əsərin təntənəli təqdimatından sonra yerli administrasiya nümayəndələri sidrin Mədəni İrs Siyahısına daxil edilməsi barədə petisiyanı imzalayıblar. (AZƏRTAC)

Xəbər lenti