Xəzər Xəbər

Misirdə xüsusi təhlükəli səkkiz terrorçu məhv edilib

Dünya | 21:03 • 20 Fevral 2019
Misirdə xüsusi təhlükəli səkkiz terrorçu məhv edilib

Misirin silahlı qüvvələri Sinay yarımadasının şimalında xüsusi təhlükəli səkkiz terrorçunu məhv edib.


Bu barədə Misir silahli qüvvələrinin rəsmi nümayəndəsi Tamer Əl Rifai açıqlama verib. Onun sözlərinə görə, Misir ordusu terrorçu qrupların gizləndikləri yeddi sığınacağı məhv edib və bunun nəticəsində xüsusi təhlükəli terrorçular öldürülüb. Terrorçuların gizləndiyi sığınacaqlarda çoxlu sayda silah-sursat, partlayıcı maddələr aşkar edilib. T.Rifai bildirib ki, partlayıcılarla dolu iki avtomobil hərbçilər tərəfindən məhv edilib. (AZƏRTAC)

Xəbər lenti