Xəzər Xəbər

Sarkisyanın qardaşı “oğurlanmış milyonları” dövlətə qaytardı

Dünya | 15:39 • 19 Fevral 2019
Sarkisyanın qardaşı “oğurlanmış milyonları” dövlətə qaytardı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr 18,5 milyon dollar vəsaiti qarşılıqsız olaraq dövlətə verib. Virtualaz.org "Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.


Aleksandr Sarkisyan iri iş adamı, Ermənistan parlamentinin keçmiş deputatıdır.


Daha öncə Ermənistan KİV-ləri bildirmişdilər ki, A.Sarkisyanın erməni banklarından birindəki hesablarında 30 milyon dollar aşkarlanıb və bu hesaba həbs qoyulub.


Eks-prezidentin qardaşı hesaba qoyulmuş həbsin ləğvinə çağıraraq, məbləğin bir hissəsini dövlətə verəcəyini vəd etmişdi. Paşinyanın sözlərinə görə, bu yaxınlarda Sarkisyan bütün məbləği büdcəyə qaytarmağa qərar verib.


Qeyd edək ki, 2018-ci ilin iyul ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin qərarına görə, Aleksandr Sarkisyanın mülkiyyətinə həbs qoyulmuşdu. Elə o zaman Nikol Paşinyan eks-prezident Robert Köçəryandan və başqa oliqarxlardan "oğurlanmış vəsaitləri” xalqa qaytarmağı tələb etmişdi. Ələlxüsus, o, Aleksandr Sarkisyana möhlət vermişdi ki. könüllü olaraq 30 milyon dolları büdcəyə qaytarsın.

Xəbər lenti