Xəzər Xəbər

Uşağını qəfəsdə saxlayan ana hərəkətinin səbəbini açıqladı

Dünya | 15:18 • 19 Fevral 2019
Uşağını qəfəsdə saxlayan ana hərəkətinin səbəbini açıqladı

Rusiyanın Kuban şəhərində epilepsiya və serebral iflicdən əziyyət çəkən bir uşağı anası xüsusi hazırlanmış qəfəsdə saxlayırmış. Bu fakt üzə çıxandan sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Qadının qonşuları uzun müddət onu uşaqsız görəndə şübhələnərək, bu barədə sosial müdafiə orqanına müraciət ediblər. Sosial işçilər evə gələndə görüblər ki, dörd yaşlı qız uşağı taxtadan hazırlanmış qəfəsdə saxlanılır. Kiçik qapısı olan taxta qəfəsi qadın həmin ərazidə yaşayan ustalardan birinə düzəltdiribmiş.

Ana uşağı qəfəsdə saxlamasının səbəbini onu mümkün xəsarətlərdən qorumaq cəhdi ilə izah edib. Onun sözlərinə görə, söz anlamayan, bir an belə, sakit dayanmayan bu uşaq üçün evdəki qızdıran radiatorlar da təhlükə mənbəyidir.

Qonşular deyir ki, qadının böyük qızı yaxşı oxuyur, təmiz görünür. Ana xəstə uşağa qulluğa görə dövlətdən aylıq təxminən 300 dollar alır.

Hüquq-mühafizə orqanları ilə yanaşı, azyaşlılarla iş üzrə komissiya da baş verənləri araşdırır.

Yanvarda Xabarovskda bir qadın yeni doğulmuş körpəsini maddi baxımdan saxlaya bilmədiyinə görə rəfiqəsinə vermişdi. Buna görə ona üç il şərti cəza verildi. Uşağı isə onlardan alaraq uşaq evinə yerləşdirdilər./bizimyol

Xəbər lenti