NASA Marsa da astronavt göndərməyi planlaşdırır. Kosmik agentliyin rəhbəri Cim Braydenstaynın dediyinə görə, təxminən 15-16 il sonra bu planetin torpağına insan ayağı dəyəcək. 2030-cu illərin ortalarına qədər NASA lazımi missiyanı tam hazırlayacaq. Missiya əvvəlcə Aya yola düşəcək. Hər şey uğurlu olsa, növbəti dayanacaq Marsdır.
NASA hələ 2004-cü ildə Marsa pilotsuz rover göndərmişdi. "Opportunity” adlanan kosmik cihaz keçən ilin iyununa qədər Yerə siqnal göndəriridi. Amma sonradan rover "yuxu rejimi”nı keçdi.
"Opportunity” hələ də Marsdadır. Kosmik cihazı uzaqdan çəkilən yüksək keyfiyyətli HİRİSE fotolarında görmək mümkündür./Bizimyol.info