Xəzər Xəbər

Türkiyədə çökmüş mədənin dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb

Dünya | 14:57 • 19 Fevral 2019
Türkiyədə çökmüş mədənin dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb

Türkiyənin Muğla vilayətinin Milas rayonundakı mədənlərdən birinin çökməsi nəticəsində dağıntılar altında qalan daha iki işçinin cəsədi çıxarılıb.


AZƏRTAC xəbər verir ki, qəza nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.


Qeyd edək ki, qəza fevralın 18-də baş vermişdi. Hadisənin sürüşmə səbəbindən meydana gəldiyi bildirilir.

Xəbər lenti

Çox oxunanlar