Xəzər Xəbər

Çində 2,6 milyon uyğur izlənilir

Dünya | 19:32 • 18 Fevral 2019
Çində 2,6 milyon uyğur izlənilir

"HKO GDI Foundation” qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers internetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkar edib. İzlənilənlərin əksəriyyəti Çində təqib olunan uyğurlardır.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, məlumat bazasında olduğu yer, ünvan, işəgötürənlər, həmçinin insanların şəkilləri haqqında məlumatlar yer alıb. V.Qeversin fikrincə, izlənmə vaxtı küçələrdə qurulmuş sifətin tanınması sistemindən geniş istifadə olunub.


Çinin "SenseNets" şirkəti tərəfindən hazırlanan məlumat bazası indiki an üçün internetdə əlçatmazıdır, hərçənd 6 ay müddətində ona giriş açıq idi.

Xəbər lenti