Xəzər Xəbər

Süleyman Soylu: 312 minə yaxın suriyalı qaçqın öz evlərinə qayıdıb

Dünya | 18:48 • 18 Fevral 2019
Süleyman Soylu: 312 minə yaxın suriyalı qaçqın öz evlərinə qayıdıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdikləri antiterror əməliyyatlarından sonra 312 minə yaxın suriyalı öz evlərinə qayıdıb.


Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. Onun sözlərinə görə, "Zeytun budağı” və "Fərat qalxanı” adlı əməliyyatlar həmin ərazilərdə əmin-amanlıq və sülhün bərqərar olmasına səbəb olub. "Sözügedən əməliyyatlar nəticəsində bu ərazilər YPG/PKK və İŞİD terror təşkilatlarından azad olunub, Əl-Bab, Afrin və Əzaz yaşayış məntəqələrində insanların dinc həyatı yenidən bərpa edilib”, -deyə türkiyəli nazir əlavə edib.


S.Soylu diqqətə çatdırıb ki, 2011-ci ildə Suriyada başlamış silahlı münaqişə nəticəsində öz evlərini tərk edən 3,6 milyon insan Türkiyədə sığınacaq tapıb. O xatırladıb ki, Ankara bu müddət ərzində suriyalı qaçqınlara yardımlar göstərilməsinə öz milli büdcəsindən 32 milyard dollar xərcləyib.

Xəbər lenti