Xəzər Xəbər

Səudiyyə vəliəhdi 2 mindən çox pakistanlı məhbusu azad etdi

Dünya | 15:43 • 18 Fevral 2019
Səudiyyə vəliəhdi 2 mindən çox pakistanlı məhbusu azad etdi

İslamabada 2 günlük səfəri çərçivəsində Pakistan baş naziri İmran xanla görüşən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə həbsxanalarında saxlanılan 2107 pakistanlı məhkumun dərhal sərbəst buraxılmasına dair təlimat verib.


Bunu Pakistanın xarici işlər naziri Şahmahmud Qureyşi bəyan edib.


O bildirib ki, vəliəhd şahzadə bu addımı Pakistan baş nazirinin tələbi əsasında atıb.


"Vəliəhd şahzadə pakistanlı 2 min 107 məhkumun dərhal sərbəst buraxılmasına qərar verdi. Yerdə qalan məhkumların işlərinə isə yenidən baxılacaq. Pakistan xalqı baş nazir İmran xanın tələbinə dərhal cavab verdiyi üçün zati-alilərinə təşəkkür edir” – Qureyşi vurğulayıb.


Azvision.az xatırladır ki, Məhəmməd bin Salmanla görüşündə Pakistanın baş naziri İmran xan pakistanlı hacıların Səudiyyəyə ziyarətləri üçün viza verilməsi prosedurunun asanlaşdırılmasını və Səudiyyə Ərəbistanında həbsdə olan 3 mindən çox pakistanlının azad edilməsini tələb edib.

Xəbər lenti