Xəzər Xəbər

Kiyevdə qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb

Dünya | 15:17 • 18 Fevral 2019
Kiyevdə qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb

Bu ilin əvvəlindən Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.


Bu barədə keçirdiyi mətbuat konfransında Ukraynanın baş infeksionisti Olqa Qolubovskaya məlumat verib. Onun sözlərinə görə, Kiyevdə 57 yaşlı qadın qızılca xəstəliyindən ölüb.


Qeyd edək ki, 2019-cu ilin əvvəlindən Ukraynada qızılca xəstəliyindən 8 nəfər ölüb, onlardan ikisi uşaqdır.


Təkcə yanvar ayında Ukraynada 15 mindən artıq insan qızılcaya tutulub. Ən çox qızılca xəstəliyi tutan bölgə Ukraynanın qərbidir.


2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər bu xəstəlikdən ölüb, onlardan 17-i uşaqdır.


Xatırladaq ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-si isə uşaqdır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib. (AZƏRTAC)

Xəbər lenti