Xəzər Xəbər

İngilis milyarderlər ölkədən qaçırlar

Dünya | 15:10 • 18 Fevral 2019
İngilis milyarderlər ölkədən qaçırlar

İngiltərənin ən zəngin iş adamı Ceyms Ratkliffer Breksit səbəbindən bütün kapitalını Monakoya daşımaq qərarı verib. Milyarderin bu addımı İngiltərə üçün 4 milyard sterlinq vergi itkisi hesab olunur.

Hazırda milyarderin bu addımı İngiltərədə ciddi müzakirə olunur.

Ölkə mətbuatı qeyd edir ki, 21 milyard dollarlıq sərvəti ilə İngiltərənin ən zəngin şəxsi olan Ceymsin möhtəşəm malikanəsi və yaxtası var. Onun kimi milyarderlərin gedişi vergi itkisi baxımından ölkə iqtisadiyyatına ciddi zərər verəcək./teleqraf.com

Xəbər lenti