Xəzər Xəbər

Ərdoğan Putinin ən çox güvəndiyi liderlərdəndir

Dünya | 14:24 • 18 Fevral 2019
Ərdoğan Putinin ən çox güvəndiyi liderlərdəndir
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin ən çox etibar etdiyi dövlət başçılarından biridir.


Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyənin "Hurriyet” qəzetinə müsahibəsində "Ərdoğan Putinin ən çox güvəndiyi liderlər sırasındadırmı?” sualına cavabında deyib: "Əlbəttə. Onlar bir-birilərini çox yaxşı başa düşürlər” – Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Rusiya İranla birlikdə Suriyada atəşkəsə qarat ölkələrdir. Ötən həftə hər üç ölkə prezidentlərinin iştirakı ilə Soçidə Suriyadakı vəziyyətlə əlaqədar sayca 4-cü sammit keçirilib./azvision.az

Xəbər lenti