Xəzər Xəbər

Tarixi ana çox AZ QALDI Trampdan həyəcanlı açıqlama

Dünya | 13:05 • 18 Fevral 2019
Tarixi ana çox AZ QALDI

ABŞ Çin ilə tarixin ən böyük ticarət razılaşmasını imzalamağa hazırlaşır.

Bu barədə ABŞ prezidenti Donald Tramp danışıb.

Prezident rəsmi Pekinlə aparılan danışıqların son dərəcə yaxşı getdiyini və razılaşmanın əldə edilməsinə olduqca az zaman qaldığını bildirib.

Ağ Evdə təşkil edilən bir tədbirdə çıxış edən Tramp tariflərin Çin iqtisadiyyatına ciddi təsir göstərdiyini və onların razılaşdığı təqdirdə bu tarifləri ləğv edə biləcəyini deyib.

Qeyd edək ki, Donald Tramp Çinin dövlət başçısı Şi Çinpinq ilə bu həftə Vaşinqtonda keçiriləcək ABŞ-Çin görüşlərindən sonra bir araya gələcək./publika.az

Xəbər lenti