Xəzər Xəbər

Dünya yeni müharibə ilə ÜZ-ÜZƏ: İsrail-İran çaxnaşması

Dünya | 12:42 • 18 Fevral 2019
Dünya yeni müharibə ilə ÜZ-ÜZƏ:

İsrail bölgədə yeni bir müharibəyə cəhd göstərir.

Bunu Münhen Təhlükəsizlik Konfransına qatılan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir jurnalistlərə açıqlamasında ölkəsinin apardığı raket proqramından da danışıb.

Zərif, ona verilən "Sizcə bölgədə yeni bir savaşın başlanması təhlükəsi ciddidirmi” sualını cavanlandırarkən deyib ki, bəzi ölkələr regionda müharibə yaratmaq niyyətindədirlər: "Bəli, bu təhlükə ciddidir və konkret olaraq deyə bilərəm ki, İranla İsrail arasında savaş təhlükəsi yüksəkdir. İsrail mütəmadi olaraq Suriyada beynəlxalq qanunları pozur, Avropa dövlətləri isə onun bu davranışlarına göz yumurlar. Hesab edirəm ki, əgər vəziyyət belə davam etsə və siz avropalılar beynəlxalq qanunların açıq şəkildə pozulması hallarına biganə yanaşsanız, savaş təhlükəsi daha da artacaq”.

Zərif, həmçinin İranın raket proqramına toxunaraq, Qərb ölkələrinin Tehrandan bu sahədə apardığı fəaliyyətini dayandırmaq barədəki istəyini rədd edib: "Tutaq ki, biz raket proqramını dayandırdıq. O zaman kimsə bizə özümüzü müdafiə etmək üçün silah və qırıcı təyyarələr satacaqmı? Əgər hücuma məruz qalsaq, onda nə edək? Qılınclamı özümüzü müdafiə edək?”

Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyada fəaliyyət göstərən "Sepah”, "Hizbullah” terror təşkilatına və onların silah anbarlarına çoxsaylı hava zərbələri endirib. Həmin hücumlar nəticəsində onlarla "Sepah”çı və "Hizbullah” döyüşçüsü öldürülüb, onlara məxsus silah anbarları məhv edilib./publika.az

Xəbər lenti