Xəzər Xəbər

ABŞ Suriya kürdlərini təhdid etdi

Dünya | 12:08 • 18 Fevral 2019
ABŞ Suriya kürdlərini təhdid etdi

ABŞ silahlı qüvvələrinin nümayəndəsi general-leytenant Pol Lakamer bildirib ki, əgər kürdlər Suriya prezidenti Bəşər Əsədlə birləşərsə, Amerika hərbçiləri onları dəstəkləməkdən imtina edəcək.

Bu barədə "Kurdistan.ru" portalı xəbər verib.

Məlumatda bildirilir ki, bəyanata səbəb kürdlərin Suriya höküməti ilə danışıqlara başlamaq qərarı olub.

Qeyd edək ki, bundan əvvəl, kürdlər ABŞ prezidenti Donald Trampın hərbçiləri Suriyadna çıxarma qərarına narahatlıqlarını bildirib./Faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti