Xəzər Xəbər

Banqladeşdə dəhşətli yanğın - 9 nəfər öldü

Dünya | 11:00 • 17 Fevral 2019
Banqladeşdə dəhşətli yanğın - 9 nəfər öldü

50-dən çox insan xəsarət alıb.

Banqladeşin Çittaqonq şəhərinin daxmalar yerləşən ərazisində baş vermiş yanğın nəticəsində azı 9 nəfər həyatını itirib.

RİA "Novosti" xəbər verir ki, bu barədə yerli yanğınsöndürənlərə istinadən "Daily Star" nəşri məlumat yayıb.

Bildirilir ki, yanğın gecə saatlarında ölkənin cənub-şərqində qeydə alınıb.

"Reuters"in məlumatına görə, 50-dən çox insan xəsarət alıb.(report.az)

Xəbər lenti