Xəzər Xəbər

Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib

Dünya | 10:36 • 17 Fevral 2019
Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.


Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən, telefon danışığında əsas diqqət Suriyadakı vəziyyətə yönəldilib.

Putin 14 fevral tarixində Soçidə Astana prosesinin qarant dövlət rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar barədə məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti