Xəzər Xəbər

Fransada 41 mindən çox insan hökumətə etiraz edib

Dünya | 10:31 • 17 Fevral 2019
Fransada 41 mindən çox insan hökumətə etiraz edib
Fransada "sarı jiletlilər”in ötən gün keçirilən etiraz aksiyalarında 41500 nümayişçi iştirak edib.


Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Parisdə aksiyaya 5 min nəfər qatılıb, onlardan 23-ü polis tərəfindən saxlanılıb.

"Sarı jiletlər”in bu gün də küçələrə çıxaraq etiraz edəcəyi gözlənilir. Aksiyaların qarşısını almaq üçün ölkə üzrə polis əməkdaşları səfərbər olunub.

Xəbər lenti