Xəzər Xəbər

Budapeştdə daşınmaz əmlak bazarında bum yaşanır

Dünya | 21:12 • 16 Fevral 2019
Budapeştdə daşınmaz əmlak bazarında bum yaşanır

Macarıstanda daşınmaz əmlak xidməti təqdim edən şirkətin "Global Residential Cities Index - Q3 2018” adlı hesabatına görə Budapeşt dünyanın 150 şəhəri arasında ən yüksək 12 aylıq artım nümayiş etdirir. Bununla yanaşı, şəhər yalnız Sian (Çin) və Əhmədabaddan (Hindistan) geri qalır.


2017-ci ilin üçüncü rübündən 2018-ci ilin üçüncü rübünədək Macarıstan paytaxtında mənzillərin qiymətində 19 faiz artım müşahidə olunur. Agentliyin hesabatına görə, ilk onluğa Avropanın yalnız üç şəhəri - 16,6 faiz artımla Portu (Portuqaliya), 15,7 faiz artımla Rotterdam (Niderland) və 13,1 faiz artımla Amsterdam (Niderland) daxildirlər.


Hesabatda həmçinin qeyd edilir ki, bütövlükdə Avropa üzrə mənzillərin qiymətindəki illik artım 2017-ci ilin üçüncü rübündəki 5 faizlik artımla müqayisədə 4,2 faiz olub. Eyni zamanda, Asiya-Sakit okean regionu 6,2 faiz artımla siyahıda birincidir ki, bu da ötən illə müqayisədə 3 faiz çoxdur.


Dünyanın 150 ölkəsində mənzillərin qiymətlərinin izlənilməsi məqsədilə "Global Residential Cities Index - Q3 2018” hesabatında rəsmi dövlət statistikasının və ya Mərkəzi Bankın göstəricilərindən istifadə edilir. (AZƏRTAC)

Xəbər lenti