Xəzər Xəbər

İranda təyyarə qəzası: həlak olanlar var

Dünya | 12:28 • 16 Fevral 2019
İranda təyyarə qəzası: həlak olanlar var

Bu gün səhər saatlarında İranın Xorasan əyalətində təlim təyyarəsi qəzaya uğrayıb. Nəticədə pilot, pilot-köməkçisi və təlim keçən müdavim həlak olublar.


AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Xorasan hava limanındakı təlim təyyarələri daim texniki baxışdan keçirilir. Burada ali aviasiya məktəbinin tələbələri ilə yanaşı, mülki vətəndaşlar da təyyarə idarə etməyi öyrənirlər.


Təlim təyyarəsinin qəzaya uğramasının səbəbi haqqında hələlik məlumat verilmir. Lakin mətbuat yazır ki, ABŞ tərəfindən tətbiq olunan sanksiyalar təyyarələr üçün avadanlıq və ehtiyat hissələrinin alınmasını məhdudlaşdırıb. Odur ki, təyyarələr texniki baxışdan keçsələr də, onların avadanlıqları köhnə olaraq qalır.

Xəbər lenti