Xəzər Xəbər

Çində fabrikdə zəhərlənmə: 7 nəfər ölüb

Dünya | 12:35 • 16 Fevral 2019
Çində fabrikdə zəhərlənmə:

Fevralın 15-də gecə saatlarında Çinin cənubunda yerləşən Quandun əyalətindəki kağız fabrikində qazla zəhərlənmə nəticəsində azı 7 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.


AZƏRTAC Çinin mərkəzi televiziyasına istinadla xəbər verir ki, insident "Shuangzhou Paper” kompaniyasına məxsus müəssisədə baş verib. Təhqiqat nəticəsində məlum olub ki, fabrikin 9 əməkdaşı çirkab sularını tənzimləyən çəndə bağlı vəziyyətdə qalıb. Həmin şəxslərin hansı səbəbdən orada qaldıqları hələlik aydınlaşmayıb.


Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkənləri çəndən sağ çıxararaq xəstəxanaya göndərə biliblər. Lakin həkimlərin səylərinə baxmayaraq, onlardan 7-sinin həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti