Xəzər Xəbər

Rüşvət verməkdə ittiham olunan şirkət rəhbəri bəraət alıb

Dünya | 10:38 • 16 Fevral 2019
Rüşvət verməkdə ittiham olunan şirkət rəhbəri bəraət alıb

İsveçin Telia Sonera Telekommunikasiya Şirkətinin Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya rüşvət verməkdə ittiham olunan sabiq direktoru və iki pop-menenceri Stokholm məhkəməsində bəraət alıb.


Şirkətin sabiq direktoru Lars Nüberq, Avrasiya bazarı üzrə məsul Türo Kivissari və şirkətin hüquqşünaslarından biri 2007-ci ildən 2010-cu ilədək Gülnara Kərimovaya 300 milyon avro rüşvət verməkdə ittiham olunurdular.


Məhkəmənin nümayəndəsi bildirib ki, ittiham olunanlar bütün maddələr üzrə təqsirsiz bilinib. (AZƏRTAC)

Xəbər lenti