Xəzər Xəbər

Türkiyə həbsxanasında güclü yanğın olub

Dünya | 09:08 • 16 Fevral 2019
Türkiyə həbsxanasında güclü yanğın olub

Türkiyənin Metris şəhərində yerləşən həbsxananın bir korpusunda yanğın baş verib. Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, yanğın nəticəsində 27 məhkumun vəziyyəti pisləşib. Narahatlıq keçirən məhkumlar yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Bildirilir ki, yanğın FETÖ və PKK terror təşkilatları ilə əlaqədə və narkotik ticarətinə görə ittiham olunaraq cəza çəkən məhkumların saxlanılıdığı barakda baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər lenti