Xəzər Xəbər

Günəş sistemində okean aşkarlanıb: Marsda axtarırdılar, başqa planetdə tapıldı

Dünya | 17:36 • 15 Fevral 2019
Günəş sistemində okean aşkarlanıb:

Alimlərin Günəş sistemindəki başqa planetlərdə su axtarışı davam edir. Ən çox ümid Marsa idi. Amma indi məlum olub ki, başqa planetlərdən birində hətta okean var.

Bizimyol.info xəbər verir ki, Serera adlanan cırtdan planetdə böyük su hövzəsi tapılıb. Bu haqda "Geophysical Research Letters” məqalə dərc edib. Mütəxəssislər qalın buz örtüyünün altında okeanın olduğuna əmindir.

ABŞ-ın Texas Universitetinin əməkdaşı Mark Hesse deyir: "Sererada müşahidə etdiyimiz kriovulkanlar kainatın beşiklərindən biri ola bilər. Buna görə də planetin buz örtüyünün altında gizlənən su qalıqlarını tam öyrənməyə çalışırıq”.

Serera ilə bağlı kosmosa göndərilmiş zondla araşdırma aparan "Dawn” elmi komandasının diqqətini daha çox Okkater kraterindəki ağ ləkələr çəkir. Bunun qədim və tükənmiş kriovulkanlardan qaynaqlandığını ehtimal edirlər. Bu isə cırtdan planetin dərinliklərindəki su hövzəsindən xəbər verir. Elmi komanda araşdırmanı davam etdirir.

Serera Günəş sistemindəki 5 cırtdan planetdən biridir. Sereranın Plutondan, Haumeadan, Makemakedən və Eridadan fərqi peykinin olmamasındadır. Bu planeti 1801-ci ildə italyan astronom Cüzeppe Piatsi kəşf edib.

Xəbər lenti