Gürcüstan Daxili İşlər Nazirliyi Acarıstan Muxtar Respublikasının ərazisində xeyli sayda silah-sursat ələ keçirib. Silah-sursatın Türkiyə ərazisində satışı nəzərdə tutulurmuş.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sərhəd polisi Gürcüstan-Türkiyə "Sarpi” sərhəd keçid məntəqəsində Gürcüstan vətəndaşının avtomobilinə baxış keçirib. Avtomobilin salonunun örtüyünün altından avtomat silah və 7 min ədəd güllə aşkar edilərək götürülüb.
Saxlanılan şəxs silah və sursatı Türkiyə ərazisində satmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsin cinayətkar qruplaşmalarının üzvü olub-olmadığı, onun başqa cinayətlərdə iştirakı və s. məsələlərlə bağlı araşdırmalar davam edir.