Xəzər Xəbər

Lukaşenko Münhenə getməkdən imtina etdi

Dünya | 16:44 • 15 Fevral 2019
Lukaşenko Münhenə getməkdən imtina etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Münhen Təhlükəsizlik Konfransına getməkdən imtina edib.

Bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib. O, buna səbəbin Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüş keçirməsi olduğunu bildirib.

Qeyd edək ki, Lukaşenkonun bundan öncə Münhen Təhlükəsizlik Konfransına gedəcəyi bildirilmişdi. Onun fevralın 16-da keçiriləcək "Şərq-Qərb münasibətləri” panelində Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Pyotr Poroşenko, Gürcüstan Baş naziri Mamuka Baxtadze, ATƏT Baş katibi Tomas Qreminqerlə birgə çıxış edəcəyi açıqlanmışdı./axar.az

Xəbər lenti