Xəzər Xəbər

İranda törədilən terror aktı BMT Təhlükəsizlik Şurasında müzakirə olunub

Dünya | 15:31 • 15 Fevral 2019
İranda törədilən terror aktı BMT Təhlükəsizlik Şurasında müzakirə olunub

İranda törədilən terror aktı fevralın 15-də BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.


BMT Təhlükəsizlik Şurası baş verən terror aktını kəskin şəkildə qınayaraq bütün dövlətlərə müraciət edib və cinayətkarların tutulub cəzalandırılması üçün İrana yardım etmələrini istəyib.


Təhlükəsizlik Şurasının yaydığı açıqlamada həlak olan hərbçilərin ailələrinə başsağlığı verilib. Bildirilib ki, məqsədindən asılı olmayaraq törədilən terror aktı bəşəriyyətə qarşı yönəldilmən cinayətdir. Terrorçuluq beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir. Bütün dövlətlər terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidirlər.


Xatırladaq ki, İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 20-si hərbçi olmaqla 41 nəfər həlak olub. (AZƏRTAC)

Xəbər lenti