Xəzər Xəbər

Məşhur müğənni 123 mətbuat orqanını məhkəməyə verdi Həyat yoldaşına görə

Dünya | 15:33 • 15 Fevral 2019
Məşhur müğənni 123 mətbuat orqanını məhkəməyə verdi

Serbiyalı futbolçu Duşko Toşiçin müğənni həyat yoldaşı Yelena Karleusa Kütləvi İnformasiya Vasitələrini kütləvi şəkildə məhkəməyə verib.

Buna səbəb mətbuatın cütlüklə bağlı dezinfomasiya yayması olub.

Məşhur simaların ayrı vaxtlarda bir-birinə xəyanət etməsi ilə bağlı xəbərlər müğənnini hövsələdən çıxarıb. O da 123 mətbuat orqanını məhkəməyə verib.

Məhkəməyə müraciət kağızlarının fotolarını sosial media hesabında paylaşan Karleusa belə xəbərləri yayanların hamısını cəzalandıracağını bildirib.

Qeyd edək ki, daha öncə Duşko Toşiçin həyat yoldaşına serb model Sofiya Miloşeviçlə xəyanət etdiyi iddia edilirdi. Eyni vaxtda isə Yelena Karleusanın ərinə "Anderlext"in futbolçusu Oqnyen Vranyeslə xəyanət etməsi yayıldı. Bundan başqa, Tosiçin "Beşiktaş" komandasında oynayarkən türk aktrisa Aslı Enverlə birlikdə olduğu iddiaları da gündəmi zəbt etmişdi./publika.az

Xəbər lenti